Another advertisement
Bu gün Tbilisidə “Gürcü arzusu” seçki kampaniyasının yekun tədbiri keçirilir.
QafqazTürk Media xəbər verir ki, tədbir olduqca genişmiqyaslı olub, belə ki, paytaxtda yaşayan vətəndaşlarla yanaşı, bölgələrdən də qatılanlar var.
Məlumata əsasən, bir neçə yerdən yürüşlər keçirilib. Respublika meydanına toplaşanlara Tsotne İvanişvili də qoşulub. Daha bir yürüş Barataşvili körpüsündən keçirilib.
Hazırda Azadlıq meydanında “Gürcü arzusu”nun liderləri seçicilərə müraciət edir.
Tədbirlə əlaqədar Azadlıq meydanı və Rustaveli prospektində nəqliyyatın hərəkəti tamamilə məhdudlaşdıırılıb.
Qeyd edək ki, təhlükəsizlik normalarına uyğun olaraq tədbirin keçirildiyi əraziyə çoxlu sayda polis səfərbər edilib.