This is a specific ad

Gənc həkimlərin sayəsində hamilə qadın evdə doğuş edib

300

Another advertisement

Tbilisinin 11-ci rayon xidmətinin 1132 briqadası doğumu mənzildə qəbul edib.

“ Həkim Salome Kokaianın sözlərinə görə, Tbilisinin rayonlarından birində çağırış yerinə gələn briqada binanın qarşısında çaxnaşma içində olan qonşular tərəfindən qarşılanıb. Köhnə binada liftin olmamasına baxmayaraq, həkimlər saniyələr ərzində xəstənin yanında olublar. Vaxtından əvvəl doğuşu olan gənc qadın yerdə uzanmış halda kömək istəyib. Briqada üzvlərinin peşəkarlığı və düzgün hərəkəti nəticəsində dünyaya doğulandan dərhal sonra ağlayan balaca çəhrayı yanaqlı oğlan bəxş olunub. Həkimlər ananın parametrlərini qiymətləndirib, xəstə monitora aparılıb.

Briqadanın həkimləri ananı və yeni doğulmuş oğlan uşağını stabil vəziyyətdə Tbilisidəki klinikalardan birinə aparıblar.

Salome Kokaia mama-ginekoloqdur və deyir ki, təcili yardım həkimi işlədiyi müddətdə mənzildə ilk dəfə doğuş halı baş verib.  O, vurğulayır ki, yeni həyatın doğulması prosesində iştirak etmək onu öz peşəsinin əhəmiyyətini, məsuliyyətini bir daha dərk etməyə vadar edir.

Kateqoriya: Cəmiyyət, Maraqlı
Sonrakı yazı
Marneulidə pulsuz müayinə davam edir
Öncəki yazı
Dmanisi bələdiyyəsində məktəblərarası yarışlar keçirilib