Another advertisement
Parlament qarşısında etiraz aksiyası keçirilir.
Bir aydan çoxdur vətəndaşların hər gün toplaşdığı Rustaveli prospektində etirazçılar yolu bağlayıblar.
Vətəndaşlar artıq 35-ci gündür küçələrə axışır və tıləbləri dəyişməzdir: təkrar seçkilər və nümayişlər zamanı həbs olunanların azadlığa buraxılması.
Parlamentin yaxınlığında toplaşan aksiya iştirakçıları yolu bağlayana qədər polis canlı mühasirəyə alıb.
Məlumat üçün bildirək ki, irimiqyaslı aksiyalara noyabrın 28-də “Gürcü Arzusu”nun qərarı səbəb olub, bu qərara əsasən Gürcüstan 2028-ci ilin sonuna qədər Avropa İttifaqı ilə danışıqlara başlamaq məsələsini gündəmə gətirməyəcək.