Another advertisement
“Qadınlar marşı” filarmoniyadan Orbeliani sarayına gəlib.
Etirazçılar “Salome, Salome!” şüarları səsləndirirlər.
Tbilisidə etiraz aksiyaları 27-ci gündür ki, davam edir. Gün ərzində Tbilisinin müxtəlif yerlərində etiraz yürüşləri keçirilir, axşam saat 20:00-dan etibarən isə toplaşma yeri Parlamentə bitişik ərazidir.
Məlumat üçün bildirək ki, vətəndaşların etirazı baş nazir İrakli Kobaxidzenin noyabrın 28-də Gürcüstanın Avropa İttifaqına daxil olmaq üzrə danışıqların başlanmasını 2028-ci ilə qədər təxirə salmasını bildirməsindən sonra baş tutub.