Etirazçılar Rustaveli prospektində magistral yolu bağlayıblar.
Hazırda paytaxtın əsas prospektində nəqliyyatın hərəkəti artıq dayandırılıb.
Mitinq iştirakçıları müxtəlif məzmunlu etiraz plakatları, mitinq zamanı həbs olunan, döyülən şəxslərin fotolarını gətiriblər və əsas tələbləri yeni seçkilərin təyin edilməsi və həbs olunanların azadlığa buraxılmasıdır.
Etiraz aksiyası artıq 27-ci gündür ki, davam edir. Gün ərzində Tbilisinin müxtəlif yerlərində etiraz yürüşləri keçirilir, axşam saat 20:00-dan etibarən isə toplaşma yeri Parlamentə bitişik ərazidir.
Məlumat üçün bildirək ki, vətəndaşların etirazı baş nazir İrakli Kobaxidzenin noyabrın 28-də Gürcüstanın Avropa İttifaqına daxil olmaq üzrə danışıqların başlanmasını 2028-ci ilə qədər təxirə salmasından sonra baş tutub.