This is a specific ad

Tbilisidə Ədliyyə Evinin körpüsü söküləcək

232

Another advertisement

Paytaxt meriyası Ədliyyə Evinin qarşısındakı piyada körpüsünü sökməyə başlayır.

QafqazTürk Media xəbər verir ki, bu barədə məlumatı Tbilisi meriyası yayıb.

“Ədliyyə Evinin qarşısındakı piyada körpüsünün sökülməsi işləri ilə əlaqədar olaraq Kür çayının sağ sahilində avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq. Nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət avqustun 12-dən avqustun 15-dək saat 00:00-dan 05:00-dək qüvvədə olacaq”, – meriyadan qeyd edilir.

Xatırladaq ki, mart ayında Kaxa Kaladze Ədliyyə Evinin körpüsünün götürüləcəyi bildirmişdi. Kaladze qeyd etmişdi ki, körpü çətin texniki vəziyyətdə olub və onun bərpası böyük maliyyə vəsaiti tələb edib. Ona görə də onun bərpası nəzərdə tutulmayıb və alınan qərarla körpü söküləcək.

Akkreditasiya olunmuş ekspert bürosu müəyyən edib ki, Ədliyyə Evinin yaxınlığındakı piyada körpüsü ağır texniki vəziyyətdədir. Onun bərpası külli miqdarda maliyyə vəsaiti ilə bağlıdır. O, əlillər üçün uyğunlaşdırılmayıb. Hesabatda birbaşa qeyd olunur ki, körpünün bu şəkildə qurulmasına icazə verilmir və əsaslı reabilitasiya və yenidənqurma tələb olunur ki, bu da əslində körpünün tamamilə sökülməsi və yeni körpünün tikintisi deməkdir”, – deyə Kaxa Kaladze 2024-cü ilin martında bildirib.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Gürcüstanda ali təhsil üzrə qrant növləri və proqramların dövlət tərəfindən maliyyələşdirilməsi…
Öncəki yazı
Paris Olimpiya Oyunlarının mükafatçılarına və çempionlarına orden təqdim edilməlidir