Another advertisement
Vaşlijvaridə yol qəzası baş verib. Avtomobilin sürücüsü sükanı itirərək piyadanı vurub və nəticədə avtomobil aşıb.
Yaralı qadın təcili yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb. Əldə olan məlumata görə, avtomobili xarici ölkə vətəndaşı idarə edib.
Hadisə yerinə təcili tibbi yardım xidmətləri, yanğınsöndürənlər və patrul polis bölmələri səfərbər olunub.
Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 276-cı (nəqliyyat vasitələrinin hərəkəti və ya təhlükəsizlik qaydalarını pozma, insan sağlamlığına zərər vurma) maddəsi ilə araşdırma aparılır.