This is a specific ad

Tbilisidə Beynəlxalq Maarif məktəbinin açılışı baş tutdu

67

Another advertisement

Tbilisidə Beynəlxalq Maarif Məktəbinin rəsmi açılış tədbiri keçirilib.

Tədbirdə Gürcüstanın təhsil və elm nazirinin müavini Nodar Papukaşvili, Türkiyə təhsil nazirinin müavini Ömər Faruk Yelkenci, İstanbul millət vəkili Tuğba İşıq Ercan, Türkiyə Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Ali Kaan Orbay, Maarif Vəqfinin sədri Birol Akgün, Gürcüstanda Maarif Vəqfinin rəhbəri Əli Sedat Aslan,Türkiyənin Diplomatik korpusunun nümayəndələri, Gürcüstan Azərbaycanlıları konqresinin rəhbəri Hüseyn Yusubov, Tbilisi meriyasının və Şəhər Şurasının, beynəlxalq fondların, universitetlərin, təhsil dairələrinin, biznes sektorunun nümayəndələri və digər maraqlanan şəxslər iştirak ediblər.

Tbilisidən əlavə, sabah Marneulidə də yeni təhsil məktəbi açılacaq. Bu məktəblər müasir texnologiyalarla və Avropa standartlarına uyğun təchiz olunub.

Bundan əlavə, bu məktəblərdə tədrisin Gürcüstanın milli kurikulumuna uyğun aparılması xüsusi əhəmiyyət kəsb edir.

Qeyd edək ki, Türkiyə Maarif Vəqfi 17.06.2016-ci ildə TBMM tərəfindən 6721saylı qanunla qurulan və xaricdə Türkiyə Cümhuriyyəti adından təhsil müəssisəsləri açma səlahiyyətinə malik dövlət qurumudur. Türkiyə Cümhuriyyətinin beynəlxalq təhsilə açılan pəncərəsi olan Maarif Vəqfi tərəfindən dünyanın 67 ölkəsində 446 Beynəlxalq Maarif Məktəbləri fəaliyyət göstərir

Kateqoriya: Gündəm
Sonrakı yazı
მეგობრებო დღეს გაგაცნობთ ქართულ ,ტრადიციულ რაჭულ ,კერძს როგორიცაა,შქმერული
Öncəki yazı
რომელი ხილისა თუ ბოსტნეულის წვენია ყველაზე მეტად სასარგებლო მოზარდისთვის