This is a specific ad

Tbilisidə azərbaycanlı gənc rəssamın sərgisi açılıb

52

Another advertisement

Gürcüstanın paytaxtı Tbilisidə M.F.Axundzadə adına Azərbaycan mədəniyyəti muzeyinin rəsm qalereyasında azərbaycanlı gənc rəssam Şenay Sadiqin Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr etdiyi rəsm sərgisi açılıb.

QafqazTürk.com xəbər verir ki,sərginin açılışında Türkiyənin Gürcüstandakı səfiri Ali Kaan Orbay, diplomatlar, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət numayəndələri iştirak ediblər.

Sərgidə Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş 20-dən çox əsər nümayiş etdirilir. Əsərlər içərisində Qazi Mustafa Kamal Atatürkün, Çanaqqala savaşının, türk əsgərlərinin fotoları yer alıb.

Ş.Sadiq bildirib ki, çəkdiyi rəsmlərlə təkcə özünün deyil, bütün azərbaycanlıların qardaş Türkiyəyə olan sevgisini ifadə etmək istəyib.

Sonrakı yazı
Gürcü ekspert: “İpək Yolu Forumu Bakı ilə İrəvan arasında təmas nöqtələrinin tapılmasına kömək edə bilər”
Öncəki yazı
İsrail quru əməliyyatını müvəqqəti təxirə salıb