Azərbaycan Elm və Təhsil Nazirliyinin nümayəndə heyəti Gürcüstana səfərə gedib.
QafqazTürk.com xəbər verir ki,elm və təhsil nazirinin müavini Həsən Həsənlinin rəhbərlik etdiyi nümayəndə heyəti Tbilisidə Gürcüstanın Təhsil və Elm Naziri Giorgi Amilaxvari ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Gürcüstan arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri, iki ölkənin müvafiq universitetləri arasında müəllim və tələbə mübadiləsi, birgə elmi araşdırmaların aparılması kimi məsələlər barədə fikir mübadiləsi aparılıb.
Tərəflər Azərbaycan və Gürcüstan arasında elm və təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsi və inkişafı baxımından qarşılıqlı səfərlərin sayının artırılmasının vacibliyi qeyd ediblər.
Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və digər rəsmilər iştirak ediblər.