Tbilisidə avtomobil qəzası baş verib

0

Tbilisinin Nuçubidze küçəsində yol qəzası baş verib.

QafqazTürk.com xəbər verir ki, avtomobil və motosiklet bir-biri ilə toqquşub.

Qəza nəticəsində motosikletin sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə yanğınsöndürmə xidməti və polis qrupları səfərbər olunub. Qəza nəticəsində Nuçubidze küçəsində nəqliyyatın hərəkəti dayandırılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı Mülki Məcəllənin yol hərəkəti və ya istismar qaydalarının pozulmasını nəzərdə tutan 276-cı maddəsi ilə araşdırma başlanılıb.

0
0
Kateqoriya: Cəmiyyət, Maraqlı
Sonrakı yazı
Suriyada hərbi məktəbə PUA endirilib, ölənlər var
Öncəki yazı
Adolf Hitlerin doğulduğu ev polis bölməsinə çevirləcək