Another advertisement
Tbilisidə fiziki qarşıdurma baş verib.
QafqazTürk.com “İnfoRustavi”yə istinadən xəbər verir ki, hadisə Tbilisidə, Jordaniya küçəsində olub.
İlkin məlumata əsasən, 10-a yaxın gənc arasında şifahi qarşıdurma fiziki qarşıdurmaya çevrilib və bu zaman odlu silahdan da istifadə olunub.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə ilə əlaqədar Cinayət Məcəlləsinin xuliqanlığı nəzərdə tutan 239-cu maddəsi ilə istintaq başladılıb.