Another advertisement
Gürcüstanın paytaxtı Tbilisidə etirazçılar “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə qarşı çıxmaq üçün Birinci Respublika meydanına toplaşırlar.
QafqazTürk.com xəbər verir ki, aksiyadan sonra mitinq iştirakçıları Respublika meydanından parlamentə doğru yürüş keçirəcəklər.
“Avropaya bəli, Rusiya qanunlarına yox” aksiyası bəzi siyasətçilərin də qoşulduğu ictimai təşkilatlar tərəfindən təşkil olunub.
Əraziyə toplaşanlara Gürcüstan və Avropa İttifaqının bayraqları təqdim olunub. Bundan əlavə, onların əllərində “Avropaya bəli, Rusiya qanunlarına yox” yazısı olan plakatlar da var.