Əməliyyat-axtarış tədbirləri nəticəsində Tbilisi şəhərində və regionlarda qanunsuz olaraq odlu silah-sursat götürülüb və 21 nəfər saxlanılıb.
QafqazTürk Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, əməliyyat- axtarış tədbirləri Tbilisi, Kaxeti, Acara, Sameqrelo, Kvemo Kartli, Şida Kartli, İmereti və Raça-Leçxumi ərazilərində keçirilib.
Hüquq mühafizə orqanı əməkdaşları təqsirləndirilən şəxslərin yaşayış evlərinə və avtomobillərinə baxış zamanı maddi sübut kimi odlu silah, tapança, avtomat, revolverlər, ov tüfəngi, zirehli əşyalar və müxtəlif növ silahlar üçün patronlar müsadirə edib.
Faktla bağlı Cinayət Məcəlləsinin 236 və 273-cü maddələrinin müvafiq bəndləri əsasında istintaq başladılıb.
Məlumat üçün bildirək ki, təqsirləndirilən şəxsləri əməllərinə görə, 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir