This is a specific ad

Tbilisidə və Rustavidə Heydər Əliyevin abidəsi ziyarət olunub

48

Another advertisement

Müasir müstəqil Azərbaycan dövlətinin banisi, dünya miqyaslı siyasi və dövlət xadimi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Gürcüstanda da silsilə tədbirlərlə qeyd olunur.

QafqazTürk.com  xəbər verir ki, mayın 10-da Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirlik əməkdaşları, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, Gürcüstanın Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) İdarə Heyətinin sədri Nəriman Qurbanov, azərbaycanlı iş adamları, jurnalistlər, ictimaiyyət nümayəndələri, məktəblilər Tbilisidə Heydər Əliyev adına parkda Ümummilli Liderin abidəsini ziyarət ediblər.

Ümummilli Liderin Rustavi şəhərindəki abidəsi də ziyarət olunub.

Hər iki şəhərdə Ulu Öndərin büstü önünə əklil və gül dəstələri düzülüb, xatirəsi ehtiramla anılıb.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
DİN: Tbilisidə müxalifətçilər təxribatlara görə etirazçıya pul ödəyiblər
Öncəki yazı
BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə xərcləri azalıb