Daxili İşlər Nazirliyinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində Tbilisi şəhəri və rayonlarda qanunsuz saxlanılan silah-sursat aşkar edilərək götürülüb və 14 nəfər saxlanılıb.
Məlumatda bildirilir ki, əməliyyat- axtarış tədbirləri Tbilisi, Sameqrelo-Zemo Svaneti, Quriya, İmereti Raça-Leçxumi və Kvemo Svaneti bölgələrində keçirilib.Hüquq mühafizə orqanı əməkdaşları təqsirləndirilən şəxslərin yaşayış evlərinə baxış zamanı maddi sübut kimi odlu silah, tapança, revolverlər, avtomat, ov tüfəngi və müxtəlif növ silahlar üçün patronlar müsadirə edib.
Faktla bağlı Cinayət Məcəlləsinin 236 və 260-cı maddələrinin müvafiq bəndləri əsasında istintaq başladılıb.
Təqsirləndirilən şəxsləri əməllərinə görə, 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.