Another advertisement
Tbilisi tekeqülləsi Gürcüstanda keçirilən “Avropa Günləri”ilə əlaqədar Avropa İttifaqı bayrağı rənglərində işıqlandırılıb.
Qeyd edək ki, bu il “Avropa Günləri” Gürcüstan hökumətinin administrasiyasının təşkilatçılığı ilə 6-7 may tarixində qeyd olunur.
“Tbilisi, Avropa Gününüzü təbrik edirik! “Avropa Günləri” ilə bağlı, Tbilisi qülləsi Avropa İttifaqı bayrağı rənglərində işıqlandırıldı. “Avropa Günləri” Tbilisidə bayram tədbirləri ilə qeyd olunur”, – Tbilisi Meriyasının rəsmi feysbuk səhifəsində yayılan bəyanatda deyilir.