Tbilisi-Təl-Əviv-Tbilisi istiqamətində planlaşdırılan reyslər təxirə salınıb

119

Tbilisi-Təl-Əviv-Tbilisi istiqamətində iyunun 16-sı və 17-nə planlaşdırılan reyslər təhlükəsizlik səbəbilə təxirə salınıb.

Bu barədə Gürcüstan Hava Yolları məlumat yayıb.

“Bu reyslərə artıq bilet almış sərnişinlərə biletləri dəyişdirmək və ya pulunu geri almaq imkanı təklif olunur.

Biletlər alış yerində dəyişdirilə və ya geri qaytarıla bilər.

“Georgian Airways” Təl-Əvivdən başqa digər istiqamətlərə də cədvələ uyğun olaraq fasiləsiz reyslər həyata keçirir”, – məlumatda deyilir.

Sonrakı yazı
Gürcüstan və Serbiya arasında birbaşa uçuşlar başlayıb
Öncəki yazı
İsrailin hava məkanı bağlı olaraq qalır, digərləri isə…