Bu gün Tbilisi Şəhər Şurası (Sakrebulo) paytaxt meri Kaxa Kaladzenin təqdim etdiyi Tbilisi hökumətinin yeni üzvlərinin təyinatına razılıq verməlidir.
İclasda Kaxa Kaladze məruzə ilə çıxış edəcək, o, konkret layihələrdən və Tbilisinin inkişaf planından danışacaq. Bundan sonra sual-cavab mərhələsi keçiriləcək və iclas səsvermə ilə yekunlaşacaq.
Tbilisi Şəhər Şurasının sədri Zurab Abaşidzenin sözlərinə görə, paytaxtdakı çoxluq partiyası – “Gürcü Arzusu” və onun nümayəndələri Kaxa Kaladzeyə və onun komandasına böyük etimad göstəriblər. O bildirib ki, bu etimad böyük məsuliyyət yaradır və növbəti dörd il ərzində merlə birlikdə paytaxtın inkişafı istiqamətində bütün planlar həyata keçiriləcək.
