Keçirilən əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində Daxili İşlər Nazirliyinin Tbilisi Polis İdarəsinin Vake-Saburtalo Baş İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmək və saxlamaqda təqsirli bilinən, əvvəllər də oxşar cinayətlərə görə dəfələrlə məhkum olunmuş şəxsi həbs ediblər.
QafqazTürk Media xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb.
Nazirlikdən verilən məlumata görə, cinayət 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
“Külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi və saxlanması faktı ilə bağlı Cinayət Məcəlləsinin 260-cı maddəsi ilə araşdırma aparılır”, – məlumatda deyilir.