This is a specific ad

Tbilisi metrosunun vaqonlarının yenilənməsi üçün dövlət büdcəsindən 475 milyon avro ayrılacaq

9

Another advertisement

Tbilisi metrosunun vaqonlarının yenilənməsi üçün dövlət büdcəsindən 475 milyon avro ayrılacaq.

QafqazTürk.com xəbər verir ki,bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Tbilisi meri Kaxa Kaladze və maliyyə naziri Laşa Xutsişvili ilə görüşündə açıqlayıb.

Hökumət Administrasiyasında keçirilən görüşdə layihənin təfərrüatları müzakirə edilib və gələcəkdə həyata keçiriləcək addımlar planlaşdırılıb.

Tbilisi meri Kaxa Kaladzenin qeyd etdiyi kimi, layihə çərçivəsində 212 ədəd müasir, beynəlxalq standartlara cavab verən metro vaqonlarının alınması nəzərdə tutulur, növbəti 15 il ərzində bu vaqonlar mərhələli şəkildə çatdırılacaq və mövcud köhnəlmiş qatarlar dəyişdiriləcək.

Layihəyə əsasən, Saburtalo xətti üçün 13 ədəd dördvaqonlu qatar, Axmeteli-Varketili xətti üçün isə 32 ədəd beş vaqonlu qatar ayrılacaq.

Kaxa Kaladzenin qeyd etdiyi kimi, layihənin ümumi büdcəsi təqribən 475 milyon avro təşkil edir və bütövlükdə dövlət büdcəsindən maliyyələşdiriləcək, bu səbəbdən Gürcüstan hökumətinə və baş nazir İrakli Qaribaşviliyə şəxsən təşəkkür edib.

Tbilisi meri bildirib ki, sözügedən qərar əsasında yaxın bir neçə gün ərzində bazar araşdırması elan olunacaq, bundan sonra da metro vaqonları və şəhərətrafı qatarlar istehsal edən yüksək ixtisaslı və təcrübəli xarici şirkətlərin iştirak edəcəyi beynəlxalq tender keçiriləcək.

Kateqoriya: İqtisadiyyat
Sonrakı yazı
“შოთაობა – 2023” 
Öncəki yazı
Saqqızın faydaları və zərərləri