“Avropa Yenidənqurma və İnkişaf Bankının maliyyə dəstəyi ilə Tbilisi metropoliteni üçün vaqonların alınması üçün tender elan edilmişdir, lakin Tbilisi metropolitenini vaqonlarla təchiz etməli olan Rusiyanın “Metrovaqonmaş” şirkəti sanksiyalara məruz qaldığı üçün müqavilə ləğv edildi.”
QafqazTürk xəbər verir ki, bu barədə Tbilisi meri Kaladze jurnalistlərə müvafiq sualı cavablandırarkən bildirib.
“Bilirsiniz, 2021-ci ildə Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən tender elan edildi. Tender nəticəsində sözü gedən şirkət ən aşağı qiyməti təqdim edərək qalib oldu. Ancaq sonradan şirkət sanksiyaya məruz qalıb və müvafiq olaraq, müqavilənin ləğv edilməsi baş verdi”, – deyə Kaxa Kaladze bildirib.
Bundan əlavə, jurnalistin sualına – Müqavilə ləğv edildiyi üçün meriya iflas təhlükəsi ilə üzləşibmi? – mer cavab verir ki, “meriyanın bununla heç bir əlaqəsi yoxdur”.
“Meriya sanksiyaya məruz qalmayacaq, bu, EBRD-in elan etdiyi tenderdir. Onların birbaşa iştirakı və qaydaları ilə keçirilib. Yeni vaqonların alınmasına gəlincə, bizim bu barədə baş nazirlə, Maliyyə Nazirliyi ilə söhbətimiz olacaq və yaxın vaxtlarda vaqonların alınması üçün tender elan edəcəyik”, – deyə Kaxa Kaladze bildirib.