Another advertisement
Tbilisi meriyasının 2025-ci il üçün icmal büdcəsi 2 milyard 455 milyon lari müəyyən edilib. Buradan Tbilisi Bələdiyyəsi mərkəzi hökumətdən yardım olaraq 580 milyon lari alacaq.
Sözügedən büdcə layihəsi Tbilisi Şəhər Şurası tərəfindən təsdiq edilib.
Səsvermədə 27 üzv iştirak edib. İclasda 27 nəfər lehinə səs verib, heç kim əleyhinə səs verməyib.
Qeyd edək ki, Sakrebulonun iclasında müxalifət partiyasının nümayəndələri iştirak etməyiblər.