Tbilisi meriyasının bəzi əməkdaşları “Gürcü arzusu”nun Aİ-yə üzvlük prosesini dayandırması ilə razılaşmır.
Tbilisi meriyasının 130-a yaxın əməkdaşı “Gürcü arzusu”nun Aİ-yə üzvlük prosesinin dayandırılmasının əleyhinədir.
Bəyanatda rəhbərlik qrupunun qərarının Gürcüstan əhalisinin bəyan etdiyi məqsədə uyğun olmadığı bildirilir.
“Biz, Tbilisi Bələdiyyəsinin meriyasının əməkdaşları, Gürcüstanın Aİ-yə üzvlük prosesini 2028-ci ilə qədər dayandırmaq qərarından və bunun arxasında duran bütün səbəblərdən narazı qaldığımızı açıq və birmənalı şəkildə bildiririk.
Fikrimizcə, bu qərar Gürcüstan əhalisinin bəyan etdiyi və Konstitusiyanın 78-ci maddəsində öz əksini tapmış məqsədə uyğun gəlmir.
Biz vətəndaşlarımıza, Konstitusiyaya, Avropa dəyərlərinə və Gürcüstanın seçdiyi kursa sadiq olmuşuq, sadiq qalırıq və fəaliyyətimiz çərçivəsində ölkəmizin bir Avropa dövləti kimi formalaşmasına kömək etməyə davam edirik”. bəyanatda deyilir.