Tbilisi meriyası “Riqe Küplərini” sökməyi planlaşdırır

119

“Riqe Küpləri” şəhərin urban inkişafına heç cür uyğun gəlmir, funksiyasızdır, hər tərəfdən baxımsızdır və zibil yuvasına çevrilib – bu eybəcərliyin demontajı həyata keçirilməlidir və onun yerində eyni həcmdə yeni bir layihə hazırlanmalıdır, – bu barədə “Gürcü Arzusu”nun baş katibi, Tbilisi meri Kaxa Kaladze jurnalistlərlə söhbətində bildirib.

“Riqe Küpləri”nin yerində nə tikiləcək sualına cavab olaraq Kaladze bildirib ki, detalları gələcəkdə müzakirə edəcəklər. O, qeyd edib ki, orada otelin tikilməsi də mümkün ola bilər.

Kateqoriya: Cəmiyyət, Region
Sonrakı yazı
22 may tarixinə olan valyuta məzənnəsi bəllidir
Öncəki yazı
Fermada itdə quduzluq halı qeydə alınıb