“Dağınıq sklerozun müalicəsi üçün dərman vasitələrinin və tədqiqatların maliyyələşdirilməsi” proqramının 2025-ci il büdcəsi 4 milyon lariyə qədərdir, – Tbilisi meri Kaxa Kaladze bələdiyyə hökumətinin iclasında bildirib.
Onun sözlərinə görə, sözügedən proqram 2020-ci ildən həyata keçirilir.
“Mayın 30-u Beynəlxalq Dağınıq Skleroz Günüdür. Tbilisi Meriyasının Səhiyyə və Sosial Xidmətlər Şəhər Xidməti dağınıq skleroz diaqnozu qoyulmuş vətəndaşlar üçün bahalı dərmanlar, eləcə də başın və onurğa beyninin maqnit rezonans tomoqrafiyasının maliyyələşdirilməsini təmin edir. Proqramın 2025-ci il büdcəsi 4 milyon lariyə qədərdir”, – Kaladze bildirib.
Tbilisi merinin sözlərinə görə, proqram tədricən genişləndirilib və yüksək texnologiyalı tədqiqatlar əlavə edilib.
“Yuxarıda qeyd olunan proqram bizim seçkiqabağı vədimiz idi və o, ilkin olaraq dərman vasitələrinin maliyyələşdirilməsi ilə başladı. Həmçinin sosial cəhətdən həssas qruplar bazasında olan vətəndaşlar kimi, proqramın bütün benefisiarları üçün dərmanlar 100% maliyyələşdirilib. Tibb dairələrinin müvafiq sahəsinin mütəxəssisləri ilə aparılan məsləhətləşmələr nəticəsində şəhər meriyasının qərarı ilə proqrama daxil edilmək üçün yaş məhdudiyyəti aradan qaldırılıb”.
Onun sözlərinə görə, proqram başlayandan bəri Tbilisi meriyası 341 benefisiar üçün dərman vasitələrinin və yüksək texnologiyalı tədqiqatların maliyyələşdirilməsi üçün 2000-ə yaxın zəmanət məktubu verib.
“Maraqlıdır ki, müalicə nəticəsində bu xəstəliyin fəaliyyəti dayandırıla bilər və dağınıq sklerozlu insanlara gündəlik ictimai fəaliyyətlə məşğul olmaq imkanı verilir”, – Kaxa Kaladze bildirib.