This is a specific ad

Tbilisi-Marneuli yolunda zəncirvari qəza baş verib – xəsarət alanlar var

78

Another advertisement

Marneuli-Tbilisi avtomagistralında zəncirvari yol nəqliyyat hadisəsi baş verib.

QafqazTürk Media xəbər verir ki, Marabda ərazisində iki yük maşını və bir yüngül avtomobil toqquşub. Toqquşma nəticəsində yük maşınlarından biri arxa düşüb

Əldə olunan məlumata görə, hadisə nəticəsində hər iki sürücü yüngül xəsarət alıb.

Hadisənin yaşandığı əraziyə hüquq-mühafizə orqanları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Kateqoriya: Marneuli
Sonrakı yazı
10 avqustadək gözlənilən hava şəraiti açıqlandı – RƏSMİ
Öncəki yazı
İrakli Kobaxidze İranın yeni prezidentinin andiçmə mərasimində iştirak edəcək