Tbilisi Məhkəməsi Mamuka Xazaradze və Badri Japaridzeyə milyonluq girov təyin edib

50

Tbilisi Şəhər Məhkəməsi “Lelo – Güclü Gürcüstan” partiyasının liderləri Mamuka Xazaradze və Badri Japaridzenin hərəsinə 1 milyon lari məbləğində girov təyin edib. Digər müxalifət liderləri ilə bağlı növbəti məhkəmə iclası isə 25 dekabr tarixinə təyin olunub.

Xatırladaq ki, müxalif siyasətçilərə qarşı cinayət təqibi başladılması barədə məlumatı Baş Prokurorluq 6 noyabrda yaymışdı.

Prokurorluğun açıqlamasına görə, aparılmış istintaq nəticəsində toplanmış sübutlar əsasında:

Mixail Saakaşviliyə Gürcüstan Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya dövlət hakimiyyətinin devrilməsinə çağırışa görə — Cinayət Məcəlləsinin 317-ci maddəsi ilə;

Zurab Qirçi Japaridze və Qiorqi Vaşadzeyə — sabotaj və xarici dövlətə düşmən fəaliyyətdə yardım etməyə görə 318-ci və 319-cu maddələr ilə;

Elene Xoştariyaya — sabotaj, bu cinayət üçün maddi resursların təqdim edilməsi və xarici dövlətə düşmən fəaliyyətdə yardım etməyə görə 318-ci, 319-cu və 321-prim maddələri ilə;

Nika Qvaramia, Nikanor Melia, Mamuka Xazaradze və Badri Japaridzeyə isə sabotaj faktına görə 318-ci maddə ilə ittiham irəli sürülüb.

Mamuka Xazaradze və Badri Japaridzədən fərqli olaraq, haqqında cinayət təqibi başlanan digər siyasətçilər hazırda həbsdədirlər. Onların bir qismi Çulukiani komissiyasına getmədiklərinə görə həbs olunub və bir neçəsinə bir neçə aylıq azadlıqdan məhrumetmə cəzası verilib.

Kateqoriya: Cəmiyyət, Siyasət
Sonrakı yazı
İstanbul Baş Prokurorluğu Benyamin Netanyahu və İsrail hökumətinin 37 üzvünün həbsinə order verib
Öncəki yazı
Şuşa restoranında Zəfər Günü təntənəli şəkildə qeyd edilib