• 06 Dekabr 2023 11:33

Tbilisi Dövlət Universitetində Azərbaycan dili və ədəbiyyatı fakültəsi açılır

Avatar photo

ByHacı Xəlilzadə

Apr 18, 2023

Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev Tbilisi Dövlət Universitetinin (TDU) yeni rektoru Caba Samuşia ilə görüşüb.

QafqazTürk.com xəbər verir ki, görüşdə TDU-nun nəzdində Azərbaycan dili və ədəbiyyatı fakültəsinin yaradılması və ya Azərbaycanşünaslıq ixtisasının bərpa olunması məsələsi də müzakirə edilib.

Qeyd edilib ki, sözügedən fakültənin yaradılması və ya Azərbaycanşünaslıq ixtisasının bərpa olunması Gürcüstandakı azərbaycandilli məktəblərin kadr çatışmazlığı probleminin qarşısını ala bilər.

Səfir Faiq Quliyev TDU-dakı Heydər Əliyev Auditoriyasında aparılan yenidənqurma və bərpa işləri ilə də tanış olub. Universitet rəhbərliyi auditoriyanın təmirdən sonra rəsmi açılış mərasiminin bu ilin mayında həyata keçirilməsini təklif edib.

17540cookie-checkTbilisi Dövlət Universitetində Azərbaycan dili və ədəbiyyatı fakültəsi açılır