This is a specific ad

Tbilisi-Dehli istiqamətində birbaşa uçuşlar başlayıb – TƏFƏRÜATLAR

38

Another advertisement

Gürcüstan və Hindistan paytaxtları arasında birbaşa hava əlaqəsi başlayıb.

“TAV Georgia”nın məlumatına görə, Hindistanın ən böyük aviaşirkəti “İndiGo” Dehli-Tbilisi-Dehli istiqamətində ilk uçuşunu həyata keçirib. 186 nəfər Tbilisidən Dehliyə gedib.

Tbilisi Beynəlxalq Hava Limanında Tbilisi və Batumi Beynəlxalq Hava Limanlarının idarəçi şirkəti “TAV Georgia”nın baş meneceri Tea Zakaradze , Gürcüstan Hava Limanları İttifaqının direktoru İrakli Karkaşadze, Milli Turizm Administrasiyasının rəhbəri Maya Omiadze, Mülki Aviasiya Agentliyinin və aviaşirkət nümayəndələrinin iştirakı ilə rəsmi tədbir keçirilib.

Tədbirdə iştirak etmək üçün Hindistanın səfiri Nilakşi Sinha da Tbilisiyə səfər edib.

“İndiGo” aviaşirkəti həftədə üç dəfə Gürcüstan və Hindistan paytaxtları arasında müntəzəm uçuşlar həyata keçirəcək. “IndiGo” Hindistanın ən böyük hava yolu şirkətidir və 79-u daxili, 32-si beynəlxalq olmaqla 300-dən çox təyyarə ilə 111 istiqamətə gündəlik 1850 uçuş həyata keçirir.

Sonrakı yazı
Marneuli bələdiyyəsi vətəndaşların iştirak keyfiyyətinin özünüqiymətləndirmə prosesinə başlayır – ƏTRAFLI
Öncəki yazı
Şovidə təbii fəlakət zonasında ölənlərin sayı artır – ƏTRAFLI