Another advertisement
2015-ci il iyunun 13-də Vere çayı vadisində daşqın baş verib.
Təbii fəlakət 21 nəfərin həyatına son qoyub, onlardan 19-nun şəxsiyyəti müəyyənləşdirilib.
Daşqın zooparkı demək olar ki, tamamilə məhv edib. Heyvanların böyük hissəsi tələf olub, bir hissəsi də volyerlərdən çıxıb, şəhərə qaçmışdı. 5 şir, 6 pələng, 6 ayı və 13 canavar Tbilisi küçələrinə çıxmışdı. Yerli begemotu zooparkın ətrafında görmüşdülər, onun fotoları tanınmış xarici KİV-də dərc olunmuşdu.
Tbilisidə leysan yağışı 13 iyun 2015-ci ildə gecə başlayıb və iyunun 14-ü səhərə qədər davam edib. Fəlakətin vurduğu maddi zərər təxminən 50 milyon laridir.