This is a specific ad

Tbilisi Beynəlxalq Aeroportu sertifikat alıb

77

Another advertisement

Tbilisi Beynəlxalq Aeroportu xidmətin təhlükəsizliyi üzrə ISAGO sertifikatı alıb.

QafqazTürk.com xəbər verir ki, ISAGO akkreditasiyası şirkətə iki il müddətinə verilir.

“Tbilisi Beynəlxalq Aeroportu Gürcüstanın aviasiya bazarında maraqlı olan həm mövcud, həm də yeni aviaşirkətlər üçün daha cəlbedici olacaq, ISAGO sertifikatının olması təhlükəsiz istismarın, yüksək keyfiyyətin və beynəlxalq standartlara uyğunluğun təminatıdır”, – deyə aeroportun mətbuat xidmətindən bildirilib.

2023-cü ildə Tbilisi aeroportu 2019-cu ildə pandemiyadan əvvəlki sərnişin axını səviyyəsinə 100% qayıdıb. Hava limanı 3 milyon 694 min 52 sərnişinə xidmət göstərib.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Daxili İşlər Nazirliyi dünənki aksiyada saxlanılmış şəxslərlə bağlı bəyanat yayır
Öncəki yazı
Samtrediada ərini öldürməkdə təqsirləndirilən qadın azadlığa buraxılıb