TBC Pay terminallarında Azərbaycan dili istifadəyə verildi

37

TBC Pay-in sürətli ödəniş terminallarına yeni funksionallıq əlavə olunub – istifadəçilər artıq xidmətlərdən Azərbaycan dilində də yararlana bilərlər.

Şirkətin açıqlamasına görə, məqsəd dil baryerini aradan qaldırmaq və TBC Pay xidmətlərindən istifadəsini daha da sadələşdirməkdir. Qeyd edək ki, İndiyədək terminallar yalnız gürcü və ingilis dillərində mövcud idi.

İstifadəçilər ekranın yuxarı sağ küncündə yerləşən düymə vasitəsilə dili asanlıqla dəyişə bilərlər. Yenilənmiş sistem həm TBC Bankın filiallarında, həm də digər məntəqələrdə yerləşən terminallarda tətbiq olunub.

Artıq müştərilər Azərbaycan dilində bank hesabına vəsait yatırılması, kommunal ödənişlər, mobil balansın artırılması, dövlət xidmətlərinə görə ödənişlər və digər əməliyyatlar da daxil olmaqla 1000-ə qədər xidmətdən istifadə edə bilirlər.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
28 avqust tarixinə olan valyuta məzənnəsi məlumdur
Öncəki yazı
700 dollar qarşılığında saxta sürücülük vəsiqəsi satan şəxs saxlanılıb