This is a specific ad

“TBC Bank” hesablardan pul çıxarmaq komissiyasını dəyişir – FOTO

35

Another advertisement

“TBC Bank” hesablardan pul çıxarmaq komissiyasını dəyişir.

QafqazTürk.com xəbər verir ki, bununla əlaqədar istifadəçilərə mesaj göndərilib.

Məlumat veririk ki, TBC-nin bütün filial və xidmət mərkəzlərinin kassalarında hesablardan pul çıxarılması haqqı dəyişir:
20 oktyabr 2023-cü il tarixindən etibarən fiziki şəxsin cari hesabından pul vəsaitlərinin çıxarılmasına görə komissiya – 0,6% müəyyən ediləcək;
Noyabrın 20-dən fiziki şəxsin “My Safe” hesabından pul çıxarılmasına görə komissiya – 0,6% müəyyən edilir;
Həmçinin noyabrın 20-dən fiziki şəxsin əmanət hesabından pul çıxarılmasına görə komissiya 0,6% müəyyən ediləcək.
Komissiya hesaba qoyulan məbləğin həm nağd, həm də nağdsız hesablaşma yolu ilə çıxarılmasına şamil edilir
”, – deyə bankın göndərdiyi mesajda bildirilib.

Bankdan verilən məlumata görə, dəyişiklik həm lari, həm də xarici valyuta hesablarına aiddir.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
საქართველოში აზერბაიჯანის პირდაპირი ინვესტიციები 2,9-ჯერ გაიზარდა
Öncəki yazı
Türkiyə XİN azərbaycanlıları təbrik etdi