This is a specific ad

Tayvan prezidenti: “Müharibə həll yolu deyil” -TAYVAN – ÇİN münasibətləri bərqərar ola bilər?

80

Another advertisement

Mayın 20-də Tayvan prezidenti Tsai İn-ven Çinlə hərbi gərginliyin artması fonunda Tayvan boğazında status-kvonun saxlanılacağını və ölkənin məsələni hərbi yolla həll etməyəcəyini bildirib.

“Müharibə həll yolu deyil. Heç bir tərəf qeyri-dinc vasitələrlə status-kvonu birtərəfli qaydada dəyişdirə bilməz. Sülh və sabitlik status-kvonunu saxlamaq həm dünyanın, həm də Tayvanın konsensusudur. Tayvan təhlükələrlə əhatə olunsa da,o heçkimə təhlükə yaratmır.Tayvan demokratik ölkələrlə birlikdə təhlükəni azaltmaq üçün onlarla birlikdə ayağa qalxacaq” – Tayvan prezidenti qeyd edib.

G7 sammitinə ev sahibliyi edən Yaponiyanın baş naziri Fumio Kişidanın sözlərinə görə, “Böyük Yeddilik” Tayvanla bağlı məsələləri sülh yolu ilə həll etməyə çalışır.

Xatırladaq ki, Aprelin 21-də Çinin xarici işlər naziri Qing Gan Tayvan boğazının hər iki tərəfinin Çinə aid olduğunu bildirib.

“Tayvanda odla oynayanlar sonunda özlərini yandıracaqlar” – deyə xarici işlər naziri Çinin Tayvan boğazında sülhə təhlükə olması fikrini absurd və təhlükəli adlandırıb.

Sonrakı yazı
“Georgian Airways” Moskvaya ilk reysini həyata keçirib – Rusiya mətbuatı – ƏTRAFLI
Öncəki yazı
Ərdoğan: “Zəlzələ bölgəsində tikilən yeni evlərin oktyabrda istifadəyə verilməsi planlaşdırılır”