Another advertisement
““Taxıl sazişi” çərçivəsində indiyə qədər 32 milyon ton məhsul dünyaya ölkələrinə ixrac olunub”.
QafqazTürk reporta istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, proses sürətli, təhlükəsiz və planlı şəkildə davam edir.
Xatırladaq ki, iyulun 22-də İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin Baş katibi Antoniu Quterreşin iştirakı ilə Ukrayna limanlarından taxılın təhlükəsiz daşınmasına dair saziş imzalanıb. Sənədi Ukrayna, Rusiya, BMT və Türkiyə nümayəndələri imzalayıblar.
Türkiyənin koordinasiyası ilə həyata keçirilən saziş qlobal ərzaq böhranının həllinə yönəlib.