This is a specific ad

Tarixi qələbə- Türkiyə İslandiyanı məğlub etdi

268

Another advertisement

Bildiyimiz kimi UEFA Millətlər Liqasının 4-cü qrupunda Türkiyə yığması İslandiyanın qonağı oldu.

QafqazTürk Media xəbər verir ki, Tbilisi saatı ilə 22:45-də başlayan oyunda ilk hesab ev sahiblərinin xeyrinə olub.

62-ci dəqiqədə İrfan Can Kahveci Türkiyənin bərabərlik qoluna imza atıb.

Nəticə 1:1 olub.

Penaltıda Calhanoğlu hesabı 1:2 Türkiyənin xeyrinə çevirib.

83-cü dəqiqədə İslandiyalılar hesabı bərabərləşdiriblər.

88-ci dəqiqədə isə Türkiyə yığmasının göz bəbəyi Arda Gülər 3-cü qol sevincini yaşadıb.

90+4 Kərəm fərqi artırıb.

Beləliklə, 2:4 hesabla oyun başa çatıb.

Bununla da Türkiyə millisi tarixi qələbəyə imza atıb.

Bu oyunadək Türkiyə heç vaxt səfərdə İslandiyaya qalib gələ bilməyib.

Elə ona görə deyirik ki, ilklər unudulmur!

Kateqoriya: Dünya, İdman
Sonrakı yazı
Ukrayna KİV-Rusiya Şimali Koreya vətəndaşlarından ibarət xüsusi Buryat batalyonu yaradır
Öncəki yazı
Parlament seçkilərini rekord sayda beynəlxalq müşahidəçi izləyəcək