This is a specific ad

Tarixdə ilk dəfə Hindistanın kosmik gəmisi Ayın cənubuna endi

18

Another advertisement

Hindistanın “Çandrayaan-3” kosmik gəmisi Ayın cənub qütbünün yaxınlığına enib.

“Qafqazturk” xarici KİV-ə istinadən xəbər verir ki, Hindistan Ayın bu hissəsinə kosmik aparat göndərən ilk ölkə olub.

Missiya tam uğurlu olarsa, Hindistan ABŞ, keçmiş Sovet İttifaqı və Çindən sonra Aya eniş edən dördüncü ölkə olacaq.

Xatırladaq ki, bir neçə gün öncə Rusiyanın “Luna-25” kosmik aparatı da Ayın eyni hissəsinə eniş etmək istəyib, ancaq qəzaya görə missiya uğursuz alınıb.

Kateqoriya: Dünya
Sonrakı yazı
2023-cü ilin II rübündə Gürcüstanlı turistlərin xarici ölkələrdəki xərcləri – STATİSTİKA
Öncəki yazı
ისტორიაში პირველად, ინდური კოსმოსური ხომალდი მთვარეზე დაეშვა