Tanınmış ziyalı Əlixan Yəhyaoğlu “Milli Müəllimlər Müsabiqəsi” nin mükafatçısı adına layiq görülüb

140

Bolnisi Bələdiyyəsinin və Təhsil Resurs Mərkəzinin təşəbbüsü ilə təhsil üzrə müsabiqə keçirilib.

Qafqaztürk.com xəbər verir ki, “2024-cü il Milli Müəllimlər Müsabiqəsi” nin nəticəsinə görə, bələdiyyənin bir neçə müəllimi və şagirdi mükafatlandırılıb.

Mükafatçılar arasında tanınmış ziyalı, şair-publisist Əlixan Yəhyaoğlu da var.

Biz, Gürcüstan Azərbaycanlıları Konqresi və QafqazTürk Media qrupu olaraq hörmətli Əlixan müəllimi təbrik edirik!

Qeyd edək ki, tədbir Gürcüstanın tanınmış yazıçı-şairi, dövlət xadimi, diplomatı, maarifçi, knyaz Sulxan-Saba Orbelianinin şərəfinə doğulduğu Bolnisi bələdiyyəsinin Tancia kəndində keçirilib.

Mükafatları Bolnisi meri, cənab David Şerazadişvili və Təhsil-Resurs Mərkəzinin rəhbəri İamze xanım Svanidze təqdim edib.

Tədbirin sonunda incəsənət ustalarının konserti baş tutub.

Kateqoriya: Təhsil
Sonrakı yazı
სამძიმრის წერილი GAK-ის თავმჯდომარისგან
Öncəki yazı
14 yaşlı Aytac Şahmarovanın qətlində təqsirləndirilən şəxsə ömürlük həbs cəzası verilib