Tamaz Bekaia Təhsil Fondu kəndlərdə yerləşən ictimai məktəbləri üçün 4-cü qrant müsabiqəsinin I mərhələsini elan edir.
QafqazTürk Media xəbər verir ki, bu haqda Fondun rəsmi facebook səhifəsində paylaşım edilib.
Məlumatda qeyd edilir ki, müsabiqədə iştirak etmək üçün ilk mərhələdə məktəb haqqında məlumat və 100 sözlük layihəni əhatə edən müraciət formasını doldurmaq lazımdır. Müsabiqənin vacib şərti odur ki, layihənin hazırlanmasında məktəb administrasiyası ilə birlikdə şagirdlər də iştirak etsin.
👉🏻 Müsabiqədə iştirak etmək üçün aşağıdakı formu doldurun (hər məktəbdən yalnız bir müraciət qəbul olunur):
https://forms.gle/X3FaLhh2x27gnDCHA
📅 İlk mərhələnin layihələrinin qəbulu 1 noyabradək mümkündür.
📌 1 dekabrda juri 20 namizədi seçəcək. Juri üzvləri:
🟢 Natia Uçava – 2024-cü ilin Milli Müəllim Mükafatı qalibi
🟢 Davit Lortkipanidze – akademik, Gürcüstan Milli Muzeyinin baş direktoru
🟢 Qoqa Çanadiri – Tamaz Bekaia adına Təhsil Fondu layihələrinin rəhbəri
🟢 Levan Bekaia – Tamaz Bekaia adına Təhsil Fondu direktoru
Layihələr həm təhsil, həm də infrastruktur xarakterli ola bilər və məqsədi təhsil prosesinin yaxşılaşdırılması və dəstəklənməsidir. Sizə uğurlar arzulayırıq!
Qeyd edək ki, Tamaz Bekaia Təhsil Fondu tələbələr arasında təhsilə həvəs yaratmaq məqsədilə yaradılıb və onun əsas istiqaməti məhz təhsildir. Fondun missiyası istedadlı tələbələrə qayğıkeş yanaşma göstərmək, onların ali təhsil almalarına kömək etmək və akademik dövr ərzində maliyyə dəstəyi təmin etməkdir.