Tamar Kordzaia sosial şəbəkədə siyasətdən getdiyini qeyd edib. Kordzaia, qərarın çətin olduğunu və başa düşülən olsa da, bunun birmənalı qarşılanmacağını bildirib.
Bununla belə, o, fəal vətəndaş və ölkənin Avropa gələcəyi üçün mübariz olaraq qaldığını bəyan edib.
“Qəbul etdiyim qərara ictimaiyyətə aydınlıq gətirmək istərdim – siyasətdən gedirəm. Mən siyasi karyerama 2013-cü ildə başlamışam və bu dövr həyatımda çox maraqlı bir dövr olub. Mən daim ölkənin maraqlarının, Gürcüstan Konstitusiyasının, insan haqlarının müdafiəçisi olmağa çalışmışam. Amma əminliklə deyə bilərəm ki, bütün qərarlar bu üç əsas dəyər tərəfindən diktə edilib. Mən çox tənqid almışam, amma ən çox xatırladığım dəstək və təşviqdir və bunu mənə hiss etdirən bütün insanlara minnətdaram.
Bərabər mübarizə apardığım bütün insanlara təşəkkür edirəm. Həyat bu təcrübəyə dəyər. Çox fikirləşdikdən sonra siyasi fəaliyyətimi dayandırmaq qərarına gəldim. Çətindir, bilirəm ki, mənim bu qərarım birmənalı qarşılanmayacaq.
Tamar Kordzaia 2024-cü il oktyabrın 26-da keçiriləcək parlament seçkilərində “Birlik – Milli Hərəkat” partiyasının siyahısı ilə iştirak edirdi.
MSK-nın icmal protokoluna əsasən, 26 oktyabr 2024-cü il seçkiləri nəticəsində Birlik – Milli Hərəkat 16 mandat qazanıb. Tamar Kordzaia da ittifaqın digər üzvləri kimi deputat mandatına şəxsi ərizəsi əsasında xitam verilib.