This is a specific ad

Talibandan daha bir qadağa: qadınlar parka girə bilməz!

39

Another advertisement

Əfqanıstanda Taliban hökuməti qadınların Bamiyan bölgəsindəki Bande-Amir Milli Parkına getməsini qadağan edib.

Əfqanıstanın fəzilətin təbliği və əxlaqsızlığın qarşısının alınması üzrə naziri Məhəmməd Xalid Hənəfi qadınların parkda örtünmə qaydalarına əməl etmədiyini deyib. Hənəfi dini məsul şəxslərdən və təhlükəsizlik güclərindən problemin həlli yolu tapılana qədər qadınların parka daxil olmasını yasaqlamağı xahiş edib.

2009-cu ildə Əfqanıstanın ilk milli parkı olan Bande-Amir ölkənin mühüm turizm mərkəzlərindən biridir. Park ailələr arasında da çox populyardır.Əfqanıstanın “Tolo News” agentliyinin məlumatına görə, Hənəfi parkı görmək üçün ora getməyin “məcburi olmadığını” deyib.

Bamiyandakı dini liderlər parkı ziyarət edən və qaydaları pozan qadınların əsasən bölgəyə gələn qonaqlarən olduğunu bildiriblər.

Kateqoriya: Dünya
Sonrakı yazı
ტაჯიკეთში ღვარცოფის გამო 13 ადამიანი დაიღუპა
Öncəki yazı
თალიბებმა ქალებს ეროვნულ პარკში შესვლა აუკრძალეს