Another advertisement
Əfqanıstanda hakimiyyətdə olan radikal “Taliban” bu cür fəaliyyətlərin İslam qanunlarına zidd olduğunu bildirərək ölkədəki bütün siyasi partiyaları qadağan edib.
Xatırladaq ki, qərar Əfqanıstanın de-fakto liderlərinin Kabildə hakimiyyətə qayıtmasının ikinci ildönümünü qeyd etməsindən bir gün sonra elan edilib.
“Taliban” hökumətinin ədliyyə naziri Əbdül Hakim İshakzai Kabildə keçirdiyi mətbuat konfransında deyib ki, …Əfqanıstanda siyasi partiyaların fəaliyyəti şəriətə zidd olduğu və xalqın mənafeyini qorumadığı üçün qəti şəkildə qadağandır.