Talakvadze:”Biz alqışlayırıq ki, Macarıstan Gürcüstanın Avropaya inteqrasiyasını güclü şəkildə dəstəkləyir”

1

“Bu prosesdə bütün Avropa dövlətlərinin dəstəyi, Avropa liderlərinin dəstəyi vacibdir. Əlbəttə, biz Macarıstanın və onun siyasi liderlərinin Gürcüstanın Avropaya inteqrasiyasını güclü şəkildə dəstəkləməsini alqışlayır və minnətdarlığımızı bildiririk. Bu gün Gürcüstanın namizəd statusu almaq şansları artıb və təbii ki, ədalətli siyasi qərar gözləyirik.”

QafqazTürk.com xəbər verir ki,bu sözləri “Gürcü Arzusu”nun deputatı Arçil Talakvadze bildirib.

Qeyd edək ki,Macarıstanın baş naziri Viktor Orban bu gün Gürcüstana rəsmi səfər edib.

0
0
Kateqoriya: Siyasət
Sonrakı yazı
İsrailin hücuma məruz qalmış bölgəsində 200-dək dinc sakinin cəsədi tapılıb
Öncəki yazı
Gürcüstanda uşaq bağçalarının tikintisi və bərpası üçün təxminən bir milyard lari ayrılıb