This is a specific ad

Tələbələr tətilə və etiraz aksiyasına başlayacaqlar

52

Another advertisement

Gürcüstanda tələbələr tətilə başlayacaqlar.

QafqazTürk.com  xəbər verir ki, bu barədə Tbilisi Dövlət Universitetinin tələbələri birgə açıqlama ilə çıxış edərək bildiriblər.

Onlar bildiriblər ki, hökumətin “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini qəbul etmək niyyətinə cavab olaraq, bazar ertəsindən etibarən auditoriyalara daxil olmaqdan imtina edəcəklər və Gürcüstanda etiraz aksiyası keçirəcəklər.

Tələbələr müəllimlərini və digər universitetlərdən olan həmkarlarını da tətilə qoşulmağa çağırırlar.

Onlara artıq Şota Rustaveli adına Batumi Dövlət Universitetinin tələbələri, Qriqol Robakidze Universiteti (GRU), Qafqaz Universitetinin tələbə hərəkatı, GIPA Universiteti Tələbə Hərəkatı da qoşulub.

Eyni zamanda İliya Universitetinin professor və müəllimləri onlara qoşulacaqlarını bildiriblər.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Baş nazir: Gürcüstan Aİ ilə bağlı xarici siyasətini dəyişməyəcək
Öncəki yazı
“Avroviziya-2024” mahnı müsabiqəsinin qalibi müəyyənləşib