Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyi sosial şəbəkələrdə vahid milli imtahanların gürcü dili və ədəbiyyatı proqramından konkret əsərlərin çıxarılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
İctimaiyyətin yüksək marağına görə bildiririk ki, tədris planı dəyişdirilməyib və proqramdan heç bir əsər çıxarılmayıb.
Vahid milli imtahanların yeni proqramı yalnız milli kurikulumda nəzərdə tutulmuş məcburi ədəbiyyatlara əsaslanırdı. Əgər 2025-ci il imtahan proqramının siyahısında konkret bir əsər yoxdursa, bu o demək deyil ki, artıq məktəblərdə tədris olunmur.
İmtahan proqramının hər bir abituriyentin maraqlarını qorumaq və təhsilə bərabər çıxışını təmin etmək üçün yalnız məcburi əsərlərə əsaslanması vacibdir.
Onu da nəzərinizə çatdırırıq ki, fənn standartlarına yenidən baxılır və ekspertlər qrupu tərəfindən üzərində işləyir. Təftiş zamanı məcburi ədəbiyyat siyahısına yenidən baxılacaq və yenilənəcək. İstəyimiz sözügedən məlumatlarda sadalanan ədəbiyyatları, eləcə də şagirdlərdə milli-vətənpərvərlik dəyərlərinin daha da formalaşmasına töhfə verəcək bütün əsərləri təqdim etməkdir. Müvafiq olaraq, ümid edirik ki, gələcəkdə qeyd olunan əsərlər məcburi ədəbiyyat kimi imtahan proqramına daxil ediləcək.