Gürcüstanın Təhsil, Elm və Gənclər naziri Aleksandre Tsuladze istefa verib.
“Bu gün şəxsi qərarım əsasında Gürcüstanın Təhsil, Elm və Gənclər naziri vəzifəsini tərk edirəm.
Nazir işlədiyim müddətdə nazirliyin əməkdaşları ilə birlikdə bütün səviyyələrdə təhsilin keyfiyyətinin artırılmasına yönəlmiş bir çox mühüm təşəbbüslər həyata keçirmişik, o cümlədən bir sıra innovativ layihələr üzərində iş aparmışıq və yeni nazirin bunu təmin edəcəyinə inanıram.
Təhsil sisteminin inkişafına və ölkənin daha yaxşı gələcəyinin qurulmasına sədaqətlə xidmət edən Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyinin hər bir əməkdaşına təşəkkürümü bildirirəm.
Mən Gürcüstanın Baş nazirinə, həmkarlarıma və ölkəmiz üçün xeyirli işlər görmək imkanı əldə etdiyim hökumət komandasına təşəkkür etmək istərdim”,- Aleksandre Tsuladze sosial şəbəkədə paylaşıb.