Təcili yardım maşınının sürücüsü yanan binadan 2 qoca kişini çıxararaq xilas edib,.
Mövcud məlumata görə, rayonlardan birində yaşayış binasında yanğın baş verib. Zəng yerinə gələn Axalqori ilk tibbi yardım briqadası ikimərtəbəli binanın ikinci mərtəbəsinin alov içində qaldığını aşkarlayıb.
“Sakinlərin əksəriyyəti təhlükəsiz əraziyə aparılıb. Binanın içərisində tüstü o qədər güclü olub ki, xüsusi avadanlıq olmadan binanın birinci mərtəbəsinə daxil olmaq mümkünsüz görünürdü. Təcili yardımın sürücüsü də xilasetmə prosesində fəal iştirak edib.
Həkim Mzia Qiqaurinin xatırladığı kimi, iki qoca kişi yanan ikinci mərtəbənin pəncərəsindən kömək istəyirdi. Briqadanın sürücüsü Valeri Dzebisov yaxınlıqda dayanan dəmir konstruksiya ilə 2-ci mərtəbəyə qalxaraq pəncərədən alovlar içində olan binaya daxil olub.
Hər iki xəstə təcili tibbi yardım briqadası tərəfindən klinikaya yerləşdirilib və indiki mərhələdə onların həyatları təhlükədə deyil.
Beş ildir Fövqəladə Halların Koordinasiyası və Təcili Tibbi Yardım Mərkəzinin təcili tibbi yardım maşınının sürücüsü işləyən Valeri Dzebisov öz hərəkətini qəhrəmanlıq hesab etmir və lazım gələrsə, başqasının həyatını xilas etmək üçün hər zaman mübarizə aparacağını deyir.