ABŞ prezidenti Donald Tramp və vitse-prezident Cey Di Vens Ağ Evdə kameralar qarşısında Ukrayna prezidenti Vladimir Zelenski ilə mübahisə ediblər. Bu, Zelenski ilə Trampın danışıqlarından əvvəl media ilə söhbət zamanı baş verib.
ABŞ-ın vitse-prezidenti J.D Vens Zelenskiyə “hörmətsizlik” etdiyini deyib. Zelenski öz növbəsində cavab verib ki, Vens Ukraynada heç vaxt olmamış problemlərdən danışırdı.
Bundan sonra Tramp Zelenskiyə Ukraynada “güclü kartlar”ın olmadığını və ukraynalıların minnətdar olması lazım olduğunu deyib, Zelenski isə Vaşinqtona “kart oynamaq üçün” gəlmədiyini bildirib.
Tramp həmçinin Zelenskiyə deyib ki, o, “Üçüncü Dünya Müharibəsini oynayır”.
“Mən [Rusiya və Ukraynanın] tərəfində olmasaydım, biz heç vaxt razılığa gələ bilməzdik. İstəyirsən ki, mən Putin haqqında dəhşətli sözlər deyim, sonra da “Salam, Vladimir” deyim. “Müqavilə ilə bağlı nə edirik?” bu belə işləmir. Mən Putinin tərəfində deyiləm. Mən heç kimin tərəfində deyiləm. Mən ABŞ-ın və dünyanın tərəfindəyəm, buna son qoymaq istəyirəm”, – Tramp deyib.
Zelenski haqqında danışan ABŞ prezidenti qeyd edib ki, “Onun Putinə qarşı nifrətini görürsünüz – bu nifrətlə razılaşmaq mənim üçün çox çətindir”.
Media ilə söhbətinin sonunda Tramp Zelenskiyə “çox minnətdar olmadığını” və bunun “böyük televiziya anı” olacağını söyləyib.