Bu gün qardaş Türkiyənin Kars Qafqaz Universitetindən şad xəbər almışıq: belə ki, Türk Veterinar Həkimləri Birliyi – TVHB tarixində ilk dəfə olaraq Birliyin Elmi Şurasına Kars Universitetindən iki nəfər üzv seçilib: bunlar dəyərli Prof. Dr. Erol Aydın və dəyərli Prof. Dr. Özgür Çələbidir.
Biz, Gürcüstan Azərbaycanlıları Konqresi və Qafqaz Türk Media ailəsi olaraq, yaxın dostluq və qardaşlıq əlaqələrində olduğumuz, başda hörmətli rektor Prof. Dr. Hüsnü Kapu olmaqla, Kars Universiteti kollektivini, ayrılıqda da dəyərli alimləri: Gürcüstan Azərbaycanlıları Konqresinin fəxri (onursal) nümayəndəsi, etibarı sanki ustad Aşıq Şenliyin bu bir bəndində əks olunmuş olan:
Dost dostuna etsə iqrar imanı,
Qiyamətə gedər müddət zamanım.
Könül uman yerdən kəsməz gümanı,
Çün əzəldən etibarı görübdü.
dostumuz və qardaşımız dəyərli Erol Aydını ürəkdən təbrik edirik! Elmi fəaliyyətlərində yeni, zəfər dolu səhifələr diləyirik! Erol bəyin uğuruna öz uğurumuz kimi sevinirik! Üstəlik də daha bir alim qardaşımızı da Özgür Çələbinin timsalında kəşf etdik. Onların TVHB-nin Elmi Şurasına üzv seçilmələri həm Kars Universitetinin, həm də bayatılarımızda qismətimizi yazdığımız Kars şəhərinin, bütövlükdə hər birimizin başucalığıdır! Bu fakt həm dəyərli alimlərin akademik nüfuzunu və güçünü göstərir, həm də universitetin və onların elmi səviyyəsinin nə qədər yüksək olmasını ifadə edir! Dəyər verib seçim edən Elmi Şuranı da Gürcüstanımızdan səmimi salamlayırıq!
Bir daha təbrik edirik, hörmətli hocalarımız!
Gürcüstan təbrikləri!